Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



MLS: Messi komandasını məğlubiyyətdən xilas edə bilməyib



MLS-də “Şarlott” “İnter Mayami”ni 1:0 hesabı ilə məğlub edib.

BrendSport.az
xəbər verir ki, matç Şarlotdakı “Bank of Amerika” stadionunda baş tutub.

Oyunda yeganə qol 13-cü dəqiqədə kolumbiyalı hücumçu Kevin Varqas tərəfindən vurulub. Ona dəqiq ötürməni polşalı Kamil Yuzvyak verib.

Argentinalı hücumçu Lionel Messi, həmçinin ispaniyalı dayaq yarımmüdafiəçisi Serxio Buskets Florida təmsilçisinin heyətində tam oyun keçiriblər. Jordi Alba isə oyuna 67-ci dəqiqədə daxil olub.

“İnter Mayami” Messinin iştirak etdiyi oyunda ikinci dəfə məğlub olsa da, bu, argentinalı futbolçunun tam oyun keçirərək yenildiyi ilk oyundur.


Facebook-da paylaş

Xəbəri paylaş