Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Braziliyalı baş məşqçi Canni De Byazinin Albaniyadakı nailiyyətini geridə qoyub




Albaniya yığmasının "sükanı arxasında" olan Silvinyo komandanın sabiq baş məşqçisi Canni De Byazinin uğurunu üstələyib.

BrendSport.az
xəbər verir ki, 49 yaşlı mütəxəssis buna yoldaşlıq oyununda Bolqarıstana (2:0) qalib gəldikləri matçda nail olub.

Milli braziliyalı baş məşqçinin rəhbərliyi altında son 6 qarşılaşmada (5 qələbə, 1 heç-heçə) uduzmayıb. De Byazi 2011-2017-ci illərdə bu komandada işlədiyi dönəmdə 5 görüşü məğlubiyyətsiz başa vurmuşdu.

Albaniya yığmasındakı rekord isə 2009-2011-ci illərdə burada işləmiş xorvatiyalı Yosip Kujeyə (8 məğlubiyyətsiz matç) aiddir.

Qeyd edək ki, Silvinyo bu il yanvarın 2-də Albaniya yığmasına baş məşqçi təyin olunub. Canni De Byazi isə 2020-ci ildən Azərbaycan millisində çalışır.


Facebook-da paylaş

Xəbəri paylaş