Formula 1 Azərbaycan Qran-Prisini yeni formatda keçirmək istəyir
2023-cü il mövsümündə Bakı, Şpilberq, Spa, Qətər, Ostin və San-Pauloda cümə təsnifatı və şənbə sprinti formatında altı mərhələnin keçirilməsi planlaşdırılır. Formula 1-in “Liberti Media”dan olan sahibləri komandalara yürüş uik-endinin sprintlə yeni formatını təklif ediblər.
BrendSport.az “F1News” saytına istinadla xəbər verir ki, yeni formatda iki ayrı-ayrı təsnifatın keçirilməsi nəzərdə tutulub. Cümə günündə əsas bazar günü yürüşünün start mövqeyinin müəyyən ediləcəyi bir məşq və təsnifat planlaşdırılır. Bu təsnifatın qalibi poulun sahibi hesab olunacaq, nəticələr isə şənbə sprintinin startında maşınların düzülüşündə nəzərə alınmayacaq.
Şənbə günü məşqini ikinci təsnifat əvəz edəcək. Bu təsnifatda sprintdə start mövqeləri və sprintin özü müəyyən ediləcək.
Formula 1 aprelin sonunda Azərbaycan Qran-Prisini yeni formatda keçirmək istəyir. Bunun üçün iki həftədən sonra reqlamentə müvafiq dəyişikliklər edilməsi üzrə elektron səsverməsinin keçirilməsi planlaşdırılır. “Liberty Media” artıq komandaların dəstəyini alıb, lakin “Pirelli” ilə potensial problemlər meydana çıxa bilər.
İtaliyanın şin istehsalçısı artıq Bakıya lazım olan miqdarda şin komplektləri göndərib və əlavə rezinlərin hazırlanması və göndərilməsindən imtina edir. Formula 1-də bu problemi həll etmək üçün hər bir yürüşçünün standart olaraq 12 şin komplekti ilə təmin edilməsi məqsədilə bir sıra variantlar təklif edirlər.
Variantlardan biri hər bir pilotun yalnız bir sürətli dairə qət edə biləcəyi şənbə təsnifatının başqa formatıdır. Digər variantda cümə təsnifatının hər üç sessiyasından birində məsafənin iki dəfə azaldılması təklif edilir. Daha bir seçim pilotun hər bir sessiyada istifadə edə biləcəyi komplektlərin sayının məhdudlaşdırılmasıdır.
Hələ ki, yekun qərar qəbul edilməyib və danışıqlar davam edir.
Facebook-da paylaş