Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA-nın nəzdində fəaliyyət göstərən üç komitənin tərkibi müəyyənləşib



AFFA-nın nəzdində fəaliyyət göstərən üç komitələrin tərkibi təsdiqlənib.

BrendSport.az
xəbər verir ki, qərar qurumun İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında verilib.

Aparılmış müzakirələrdən sonra Apellyasiya Arbitraj Tribunalı, Oyunçuların Statusu və Transferi Komitəsi və İntizam Komitəsinin tərkibi müəyyənləşib.

Apellyasiya Arbitraj Tribunalına Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Nazim Rəşidov sədr seçilib. Rüfət Kərimov (Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin nümayəndəsi), Arif Əyyubov (Vəkillər Kollegiyasının üzvü), Orxan Məmmədov (Dövlət Vergi xidmətinin nümayəndəsi), Rəşad Qasımov (Fərdi sahibkar) və Cavid Quliyev (Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi) tribunala üzv təyin olunublar.

Hüquqşünas Tural Eyvazov Oyunçuların Statusu və Transferi Komitəsinin sədri vəzifəsini icra edəcək. AFFA-nın əməkdaşları Orxan Əhmədov, Seymur Səlimli, hüquqşünas Fərid Haqverdiyev və Peşəkar Futbol Liqasının rəsmisi Elgiz Abbasov komitəyə üzv seçiliblərsə, baş katib funksiyasını milli assosiasiya nümayəndəsi Nurlan Zeynalzadə yerinə yetirəcək.

İntizam Komitəsinin sədrliyi hüquqşünas Erkin Hüseynova həvalə olunub. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, əməkdaşı Məlik Həsənov, AFFA rəsmiləri Qabil Nəcəfov, Elçin Məmmədov, hüquqşünas Ramil Cahangirov və Hakimlər Komitəsinin üzvü Ömər Paşayev üzv seçiliblər. İntizam Komitəsində səs hüququ olmayanlar Namiq Əliyev (İntizam üzrə müfəttiş), Müzəffər Müzəffərli (PFL-in əməkdaşı) və Rəna Əsədovadır (AFFA-nın əməkdaşı).


Facebook-da paylaş

Xəbəri paylaş