Neymar "pis niyyət"inə görə 1 milyon avro ödəyəcək
Neymar ölkəsi tərəfindən növbəti dəfə cərimələnib.
Ötən il 6,7 milyon avro cərimə ödəyən PSG-nin ulduz futbolçusu bu il də "pis niyyət"inə görə əlavə 1 milyon avro ödəyəcək.
Xatırladaq ki, 2011-2013-cü illərdə "Santos"da çıxış edərəkən "Barcelona"ya transferi zamanı ümumilikdə 14 milyon avro həcmində vəsaiti vergi orqanlarının hesabına köçürməməsi aşkarlandığına görə, sambaçı cəzalanmışdı.
Facebook-da paylaş