SSRİ yığmasının sabiq qapıçısı: “Lunyovun “Qarabağ”a keçməsinə şadam”
“Lunyovun “Qarabağ”a keçməsinə şadam”.
BrendSport.az xəbər verir ki, bunu SSRİ yığmasının rusiyalı sabiq qapıçısı Vyaçeslav Çanov “Qarabağ”ın formasını geyinən həmyerlisi Andrey Lunyovun çıxışı barədə danışarkən deyib.
72 yaşlı mütəxəssis Rusiya millisinin qolkiperinin mövsümün əvvəlində Azərbaycan çempionu ilə anlaşmasının doğru addım olduğunu düşünür: “Bu komanda Avropa Liqasında çıxış edir. Andrey yaxşı vəziyyətdədir, pley-off mərhələsinin ilk oyunlarından sonra turnirin rəmzi komandasına düşməsi çox gözəldir”.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliyanın “Braqa” klubunu səfərdə 4:2 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.
Facebook-da paylaş