Elit mərhələ: Futzal üzrə Azərbaycan millisi Niderlanda uduzaraq mübarizəni dayandırıb
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit mərhələsində son oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçi olduğu yığma səfərdə Niderland seçməsi ilə qarşılaşıb. “Topsportsentrum Arena”da oynanılan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları ilk dəqiqədə Abdessamad Attahiri, 10-cu dəqiqədə Said Buzambu və 38-ci dəqiqədə Tevfik Seyar vurublar.
Bu nəticə ilə qrup sonuncusu olan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Facebook-da paylaş