Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan idmançılarının dekabr reytinqi: İlk “üçlük”də dəyişiklik olub



Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2023-cü ilin dekabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

BrendSport.az
xəbər verir ki, siyahının ilk pilləsində 610 xalla bədii gimnast Zöhrə Ağamirova qərarlaşıb. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 540 xalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü 360 xal toplayan cüdoçu Zelim Kotsoyev tamamlayır. İdman gimnastı Nikita Simonov (355 xal) isə ötən ayla dördüncü pilləyə geriləyib.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.


Facebook-da paylaş

Xəbəri paylaş