“Real” daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb
İspaniyanın “Real” klubu daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.
BrendSport.az xəbər verir ki, hücumçu Rodriqo madridlilərlə sözləşməsinin müddətini uzadıb.
Braziliya millisinin üzvü anlaşmasını 3 illik artırıb. 22 yaşlı forvard artıq 2028-ci ilin yayına qədər La Liqa təmsilçisinə məxsusdur. Rodriqo 2019-cu ildən “Real”da çıxış edir. O, həmin vaxtdan bəri 179 oyun keçirib, 39 qol, 33 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Real” bir neçə gün əvvəl digər braziliyalı hücumçusu Vinisius Juniorla müqavilənin müddətini 2027-ci ilin yayına qədər uzadıb.
Facebook-da paylaş