Azərbaycan karateçisi Avrasiya Kubokunda iki medal qazanıb
Başqırdıstanın Sterlitamak şəhərində karatenin bütün növləri üzrə IX Avrasiya Kuboku keçirilib.
BrendSport.az xəbər verir ki, yarışda ölkəni Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının idmançısı Elxan Cəfərov təmsil edib.
70 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən E. Cəfərov iki bürünc medala sahib çıxıb. O, 40 yaşadək idmançıların yarışında həm kumite, həm də kata yarışlarında üçüncü pilləni tutub.
Avrasiya çempionatında 15 ölkədən 100-dən artıq idmançı birincilik uğrunda mübarizə aparıb.
Facebook-da paylaş