Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının klublararası yarışı təşkil olunub
“Alov” idman klubunda Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının klublararası yarışı təşkil olunub.
BrendSport.az saytı xəbər verir ki, yeniyetmələr və gənclər arasında keçirilən yarışda 5 klubdan 100-dək idmançı birincilik uğrunda mübarizə aparıb.
Yarışın qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Yarışın açılış mərasimində Vətən müharibəsində canlarından keçmiş şahidlərimizin yaxınları da iştirak ediblər.
Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının prezidenti Abbas Hünbətov pandemiyadan sonra ilk dəfə yarış keçirdiklərini diqqətə çatdırıb. Bildirib ki, pandemiya dövründə idmançılarla onlayn formatda hazırlıq təşkil olundu. Hazırda onlar məşqlərini mütəmadi olaraq davam etdirirlər. Təcrübə yarışdan-yarışa daha da artır. Bu səbəbdən yarışların sayını artırmaq lazımdır. İdmançılarımız növbəti ildə təşkil olunacaq mötəbər yarışlara səylə hazırlaşırlar. 2022-ci ildə federasiyamızın idmançılarını ciddi sınaqlar gözləyir.
Facebook-da paylaş