Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



2017-ci ildə futbolla vidalaşan ulduzlar



BrendSport.az saytının xüsusi araşdırmasında 2017-ci ildə futbolla vidalaşan, Avropa və dünya futbolunda əfsanəyə çevirilmiş ulduzların siyahısı ilə tanış olacaqsınız.

Andrea Pirlo
Dünya futbolunun əfsanə oyunçularından Andrea Pirlo 38 yaşında karyerasına nöqtə qoyduğunu açıqladı.

Françesko Totti
“Roma”nın əfsanə kapitanı Totti doğulduğu şəhərdə 40 yaşında futboldan ayrıldı.

Frank Lempard
Heyətində əfsanəyə çevrildiyi “Çelsi”dən ayrılaraq “Nyu York Siti”yə transfer olunan Lempard, 38 yaşında futbolla vidalaşdı.

Stiven Cerrard
“Liverpul”un unudulmaz oyunçusu da son olaraq “LA Qalaksi”nin formasını geydi və 37 yaşında karyerasını bitirdi.

Martin Demikelis
Avropa futboluna uzun müddət öz möhürünü vurmuş argentinalı müdafiəçi son olaraq “Malaqa” formasıyla 36 yaşında futboldan ayrıldı.

Xabi Alonso
“Liverpul”, “Real Madrid” və “Bavariya” formalarıyla tarix yazan Xabi Alonso 36 yaşında futbolu buraxdı.

Filip Lam
“Bavariya”da bu sezon futboldan ayrlan başqa bir oyunçu isə klubun simvoluna çevirilmiş 34 yaşındakı kapitan Lam oldu.

Dirk Kuyt
Türkiyənin “Fənərbaxça” komandasının formasını da geyinən Kuyt əfsanə olduğu “Feyenord”da çempionluk yaşayaraq 36 yaşında futboldan ayrıldı.

Kevin Kuranyi
Almanya futbolunun simvoluna çevirilmiş Kevin Kuranyi də 35 yaşında “Hoffenaym” formasıyla futbolu buraxdı.

Maksvel
Dünya futbolunun ən yaxşı cinah oyunçularından olan Maksvel, “PSG” formasıyla 35 yaşında futboldan getdi.

Arbeloa
“Real Madrid” və “Liverpool”da da forma geyən ispaniyalı müdafiəçi Alvaro Arbeloa 34 yaşında kariyerasını bitirdi.


Facebook-da paylaş

Xəbəri paylaş