Müstəqillikdə Süleymanov izi - İlk qolun müəllifi, ilk kapitan...
Oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunduğu gündür.
İstiqlaliyyətimizi yenidən qazanmağımızın 27 yaşı tamam olur.
Məhz 1991-ci il 18 oktyabr tarixindən 334 gün sonra Azərbaycan milli komandası ilk rəsmi futbol matçına çıxır. Yığmamızın kapitanı isə hazırda "Sumqayıt" FK-nın baş məşqçisi Nazim Süleymanov olub. Süleymanov ilk kapitanlıqla yanaşı yığmamızın heyətində ilk qolun müəllifi kimi də tarixə düşüb. Belə ki, adıçəkilən mütəxəssis 17 sentyabr 1992-ci ildə "Gürcüstan" - "Azərbaycan" (6:3) oyununda ilklərə imza atmaqla diqqət mərkəzində olub.
Qeyd edək ki, həmin qarşılaşmada meydana çıxan Samir Ələkbərov da hazırda klubumuzda Nazim Süleymanovun köməkçisi vəsifəsində çalışır.
Facebook-da paylaş