Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mahir Emrelinin komandası pley-offda


Bu gün Konfrans Liqasında qrup mərhələsinin son oyunları keçirilib.

BrendSport.az
xəbər verir ki, “Fənərbaxça” öz meydanında qrupun autsayderi ilə qarşılaşıb.

İstanbul klubu Trnava “Spartak”ı ilə oyunda mütləq qələbə qazanmalı idi. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qazanılan 3 xal "Fənərbaxça"nı qrup lideri edib. İkinci yeri “Ludoqorets” tutub.

Azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su son matçı qələbə ilə başa vurub. Öz meydanında “Ballkani”ni məğlub edən xorvatlar növbəti mərhələyə yüksəliblər. Bu görüşdə Mahir meydana çıxmayıb.

Konfrans Liqası, qrup mərhələsi
VI tur
14 dekabr
A qrupu
00:00 “Lill” – “Klaksvik” - 3:0
00:00 “Slovan” – “Olimpiya” - 1:2
Xal durumu: “Lill” – 14, “Slovan” – 10, “Olimpiya” – 6, Klaksvik” – 4 xal.

B qrupu
00:00 “Makkabi” – “Gent” - 3:1
00:00 “Zarya” – “Breydablik” - 4:0
Xal durumu: “Makkabi” – 15, “Gent” – 13, “Zarya” – 7, "Breydablik” – 0 xal.

C qrupu
00:00 “Viktoriya” – “Astana” - 3:0
00:00 “Dinamo” (Zaqreb) – “Ballkani” - 3:0
Xal durumu: “Viktoriya” – 18, Dinamo” (Zaqreb) – 9, “Astana” – 4, “Ballkani” – 4 xal.

D qrupu
00:00 “Luqano” – “Beşiktaş” - 0:2
00:00 “Brügge” – “Bude-Qlimt” - 3:1
Xal durumu: “Brügge” – 16, “Bude-Qlimt” – 10, “Beşiktaş” – 4, “Luqano” – 4 xal.

E qrupu
21:45 “Legiya” – “Alkmaar” - 2:0
21:45 “Zrinski” – “Aston Villa” - 1:1
Xal durumu: “Aston Villa” – 13,“Legiya” – 12, “Alkmaar” – 6, “Zrinski” – 4 xal.

F qrupu
21:45 “Genk” – “Çukariçki” - 2:0
21:45 “Ferentsvaroş” – “Fiorentina” - 1:1
Xal durumu: “Fiorentina” –12, “Ferentsvaroş” – 10, “Genk” – 9, “Çukariçki” – 1 xal.

G qrupu
21:45 PAOK – “Helsinki” - 4:2
21:45 “Aberdin” – “Ayntraxt” - 2:0
Xal durumu: PAOK – 16, “Ayntraxt” – 9, “Aberdin” – 6, “Helsinki” – 2 xal.

H qrupu
21:45 “Ludoqorets” – “Norşelland” - 1:0
21:45 “Fənərbaxça” – “Spartak” (Trnava) - 4:0
Xal durumu: “Fənərbaxça” – 12, “Ludoqorets” – 12, “Norşelland” – 10, “Spartak” (Trnava) – 2 xal.


Facebook-da paylaş

Xəbəri paylaş