Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bədən Tərbiyəsi və İdman Akademiyasında doqquz idman zalı və bir atıcılıq tiri əsaslı təmir olunub

Bədən Tərbiyəsi və İdman Akademiyasında doqquz idman zalı və bir atıcılıq tiri əsaslı təmir olunub


Ötən bir il ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) boks, voleybol, basketbol və həndbol zalları əsaslı təmir olunub, müvafiq idman avadanlığı və inventarla təchiz edilib.


BrendSport.az xəbər verir ki, bunu ADBTİA-nın rektoru Fuad Hacıyev Akademiyada güləş zalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Rektor bildirib ki, bu gün müasir standartlara uyğun güləş zalı istifadəyə verildi. Beləliklə, Akademiyada 9 idman zalı və 1 atıcılıq tirində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Sadalanan obyektlər yeni tədris ili üçün nəzərdə tutulub.
Əsas məqsədin tələbələrin, professor-müəllim heyətinin sağlamlığının qorunması olduğunu diqqətə çatdıran F.Hacıyev deyib: “Bunun üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə sanitar-epidemioloji tələblərə uyğun şərait yaradılıb. Akademiyada giriş-çıxışların sayı 3-dək artırılıb. Tələbə girişində universal, professor-müəllim heyətinin inzibati girişində personal termokameralar, teplovizorlar quraşdırılıb. Sosial məsafənin gözlənilməsi məqsədilə xüsusi işarələnmə işləri aparılıb. Tibbi maskalarda istifadə önəmlidir. Təhsil müəssisəsində tibbi-profilaktik dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin mütəmadi həyata keçirilməsi məsələsi gündəlikdədir. Tələbə sıxlığı nəzərə alınaraq, onlar yarımqruplara bölünüblər. Altmış beş yaşdan yuxarı və ya risk qrupuna daxil olan müəllimlərin distant və əyanı təhsildə iştirakı tənzimlənib.


Facebook-da paylaş

Xəbəri paylaş