Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Mən indi incəsənət nümayəndəsiyəm, amma bunun da arxasında idman dayanıb”



Aslan Murad oğlu Mehdiyev 24 may 1998-ci ildə Tovuz rayonunda anadan olub. Rayonda sayılıb-seçilmiş məktəblərdən olan Nağı Əmiraslanov adına orta məktəbi bitirib. Orta məktəbdə oxumaqla bərabər, həm də uşaq musiqi məktəbində saz ixtisası təhsili alıb.

BrendSport.az saytı xəbər verir ki, oxuduğu müddətdə fəxri fərmanlarla təltif olunub. Fəal tələbə olduğu üçün "Ölkəmizi tanıyaq layihəsi"ndə iştirak edib.

2016-cı ildən Aşıqlar Birliyinin üzvüdür. ADPU-nun tələbəsi və Tələbə Həmkarlar İttifaqının sədridir. O, bu vəzifədə özünü nümunəvi bir rəhbər kimi göstərib. Aslan həm də tələbə elmi cəmiyyətin üzvüdür.

İlk öncə Aslan tələbə kimi öz gələcəyini milli-mənəvi dəyərlər üzərində qurmağa çalışır. Aslanın özünə qarşı olan tələbkarlığı bir müddətdən sonra öz bəhrəsin verməyə başlayıb.

ADPU ölkəmizdə ən nüfuzlu ali təhsil ocaqlarından biridir. Respublikanın bir sıra tanınmış pedaqoqları bu təhsil ocağında çalışır. Ona görə də burada təhsil almaq və eyni zamanda onların da hörmətini qazanmaq asan məsələ deyil.

Aslan vətənpərvərlik anlayışını tanınmş idman xadimi, Qarabağ savaşının iştirakcısı və öz idman müəllimi Nüsrət müəllimdən öyrənmişdır. Aslanın düşüncəsinə görə müasir gənc savadlı, idmana meylli olmalıdır.
Aslanın özü də orta məktəb illərində idmanla məşğul olub. Məktəbdə təşkil olunmuş bir neşə yarışda iştirak edib və uğurlar qazanıb. Onunla söhbətdən qısa çıxarış:
- Hər bir insanın idmanla məşğul olması vacibdir. Bu, onun həyat stimulu olmalıdır. Mən indi incəsənət nümayəndəsiyəm, amma bunun da arxasında idman dayanıb. Düşünün, saatlarla sazla səhnədə olmaq üçün də güclü fiziki hazırlığa malik olmaq lazımdır”.

A.Məmmədov










Facebook-da paylaş

Xəbəri paylaş