Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vətəndən uzaqda yaşayan xeyriyyəçi



Xeyirxah iş, xeyirxah əməl insanı ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Belə sevinci bizə yaşadanların sırasına Rusiya Federasiyasında yaşayan Aqil Qasımovu da elavə etmək olar...

Aqil müəllim xeyriyyəçi insan, vicdanlı, xalqını, vətənini sevən, kimsəsiz uşaqlara, tənha qocalara, fiziki cəhətdən qüsurlu olanlara təmmanasız yardım edənlərdən biridir.

Azərbaycanlı kimi Aqil Qasımov Rusiyya Federasiyasının Sankt-Peterburq şəhərində diasporamızın nümayəndəsi olaraq, həmvətənlərimizin qayğısına qalir. Eyni zamanda gənclərimizin sağlam həyat tərzi keçirmələri üçün təşkilati dəstək olur, bir çox idmancı həmvətənlərinə lazım olan köməkliyi göstərir.

“Azərbaycanda idmanla məşğul olanlara dövlət tərəfindən verilən dəstək təqdirəlayiqdir. İlk növbədə biz, kecirilən yarışlar, beynalxalq idman tədbirlərini nəzər alsaq görərik ki, Azərbaycan dünyada lider dövlətlərdən biridir. Biz də, xaricidə yaşayan azərbaycanlılar əlimizdən gələn dəstəyi verməliyik. Bu bir növ Azərbaycana - Vətənimizə olan sevgimizdən irəli gəlir. Sizə də təşəkkür edirik ki, ölkəmizdən kənarda yaşayan və dövlətimiz üçün çalışan insanları yada salır, onları ictimaiyyətə təqdim edirsiz”.

Qeyd edək ki, Aqil müəllimin bu xeyirxahlıq işlərində ona köməklik edən və onunla birlikdə fəaliyyət göstərən eloğlularımızdan keçmiş hərbçi olan Rövşən Mustafayev və Sərdar Hüseynovun da adlarını çəkmək istərdik.

Əliqasım Məmmədov



Facebook-da paylaş

Xəbəri paylaş