Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İki idman növündə uğur qazanıb

İki idman növündə uğur qazanıb

Sahib Nəsibov 27 may 1980-ci il Beyləqan şəhərində anadan olmub. 15 sentyabr 1987-ci ildə 5 saylı məktəbin I sinfinə qəbul olunub. VI sinifdə oxuyan zaman idmanın karate növü ilə məşğul olub. Dəfələrlə Respublika çempionu olub. 2000-ci ildə hərbi xidmətə yola düşüb və Lənkaranda "N" saylı hərbi hissədə çavuş rütbəsində kəşfiyyatçı olub.

BrendSport.az xəbər verir ki, 2002-ci ildə hərbi xidməti başa vurduqdan sonra yenidən karate üzrə müəllim işləyib. 2003-cü ildə Türkiyənin Girne şəhərində karate üzrə Dünya çempionu, eyni zamanda Ukraynada dünya çempionu olub.

Ağcabədi Pedoqoji Texnikumunun idman fakültəsinə 2004-cü ildə daxil olub və 2008-ci ildə oranı bitirib. Karate üzrə iş müəllimi İlham Quliyev olub.

2007-ci ildə Azərbaycan Taekvondo Fedarasiyasında məşqci müəllim kimi fəaliyyət göstərən Sahib Nəsirov karate idman növü üzrə V dan qara kəmər ustasıdır.

Hazirda Beyləqan rayon Mədəniyyət mərkəzində idman metodist vəzifəsində işləyir. Tələbəsi Aytən Səmədli 4 qat dunya cempionu olub. Digər tələbəsi Aqşin Mədətov isə Dünya kubokunun qalibi və Avropa çempionu olub.

Sahib müəllimin tələbələri ilə birlikdə Azərbaycan Respublikasının Prezdindenti cənab İlham Əliyevlə görüşü olub. Sonuncu yarışında isə 2017-ci ildə Ukraynanın Odessa şəhərində dünya kubokunun qalibi adını qazanıb.

Hazırda Beyləqan rayonunda taekvondo və karate novünün inkişaf etməsi üçün var qüvvəsi ilə çalışır.

Əliqasım Məmmədov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi









Facebook-da paylaş

Xəbəri paylaş