Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya və Avropa çempionatlarında sözünü demiş idmançı



Əliyev Ələddin 1975-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. 1982-ci ildə doğma kənddə orta məktəbə qəbul olunub. 1988-ci ldə ailəsi ilə birlikdə doğma vətəndən ayrılaraq əvvəlcə Bərdə rayonunun Yеni Daşkənd kəndində, sonra isə Bakı şəhərində məskunlaşıb.

1993-cü ildə “Həkəri” ordu idman klubunda hərbi xidmət keçib. Xidmət müddətində pauerliftinq idman növü ilə məşğul olub.

1998-ci ildən Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti vəzifəsində çalışır. O, ikiqat dünya və Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası və hakimdir.

O, həmçinin 1998-ci ildə DİN Abşeron Rayon Polis Şöbəsində çalışmış, 1999-cu ildə Polis Akademiyasına daxil olmuş və akademiyanı 2004-cü ildə bitirmişdir. Bundan sonra o Çevik Polis Alayının baş inspektoru vəzifəsində də işləmişdir.

2011-ci ilin noyabrında Latviyanın paytaxtı Riqada Beynəlxalq federasiya WPC-nin yaranmasının 30-cu ilində təşkil olunan yarış zamanı Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevi qurumun işindəki aktiv fəaliyyətinə görə xüsusi qızıl medalla təltif etmişdir.

Ələddin Əliyev bir çox beynəlxalq yarışlarda iştirak edərək 1995-ci ildə ABŞ-da 3-cü yer, 1996-cı ildə İtaliyada Avropa çempionu, 1996-cı ildə Cənubi Afrikada keçirilən Dünya çempionatında 3-cü yer, 1997-ci ildə Avstriyada keçirilən Avropa çempionatında 2-ci yer, 1998-ci ildə Böyük Britaniyada və ABŞ-da Avropa və Dünya çempionu olmuşdur.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş