Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




"Vətənimi sevməyi atam mənə öyrədib"



Ədalət Aqil oğlu Qasımov 2006-cı Rusiya Federasiyasında anadan olub. Rusiyanın hazırki baş naziri (sabiq prezident) Medvedyevin də bir vaxtlar təhsil aldığı 305 nömrəli orta məktəbin Va sinif sagirdidir. Elə buna görə də bu məktəbə "Prezident məktəbi" adını daşıyır.

Ədalət məktəbdə nümunəvi şagirdlərdən sayılır. Əlaçıdır. Valideyn iclaslarında məktəbin rəhbərliyi həmişə ondan çox razılıq edirlər. Sinif rəhbəri müəllimi Yuliya Mixaylovna, rus dili müəəlimi Natalya Aleksandorovna, tarix müəlimi Tatyana Aleksandrovna, coğrafiyya müəllimi isə Valentina Aleksandrovnadır.

Ədalətin Yarik Goldobin, Vadim Haustov, Danya Rakitin, Danila Lebezkin, Artur Letunivski, Yarik Qoldobin, Qamza Magomedov kimi dostları var.

Ədalət kompüterlə çox məşğul olur və gələcəkdə kompüter üzrə proqramçı olmaq istəyir. Bir azərbaycanlı yeniyetməsi kimi öz milli mənsubiyyətini unutmur. Azyaşlı olmasına baxmayaraq vətəni Azərbaycanı təbliğ etməyə çalışır. Daim sinif yoldaşları arasında ölkəmizin adət-ənənələri barədə söhbətlər edir.

Ədalət idmanı da çox sevir. Cüdo idman növü ilə məşğul olur. Onun məşqçisi idman aləminin tanınmış siması olan gürcü əsilli Rizo müəllimdir.

Ədalətin dediklərindən:

- Vətənimi sevməyi atam mənə öyrədib. O, həmişə deyir ki, "unutma ki, sən azərbaycanlısan". Atam burda bizim Azərbaycanın bir nümayəndəsi kimi olduğumuzu bildirir. Yəni, mən yaxşı oxumalı, tərbiyəli olmalıyam. Özüm də babamın adını daşıyıram. O, keçmiş zabitdir. Futbolu da çox sevirəm. "Qarabağ"ın builki oyunlarına görə çox sevindim. Bura bizim vətənimizdir. Amma Azərbaycan bizim canımız, qəlbimizdir. İnanıram ki, gələcəkdə Qarabağımıza da bir səfər edəcəm".

Alxas Məmmədov







Facebook-da paylaş