Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Dünya ikincisi – “Qarabağ”




Dünyanın bütün milli çempionatların müxtəlif liqalarında davam edən ən uzun seriyaların siyahısı açıqlanıb. Azərbaycan klubları da bəzi göstəricilər üzrə “onluğ”a düşüblər.

“Qəbələ”nin son matçlardakı məhsuldarlığı “qırmızı-qaralar”ın siyahıda yer alması ilə nəticələnib. Roman Qriqorçukun yetirmələri hər matçda 3 və ya daha çox qol vuranların siyahısında yer alıb. Son üç qarşılaşmada belə çıxış edən “Qəbələ” dünyada 5-ci pilləyə şərikdi. APOEL, BATE, Moskva “Spartak”ı da eyni nəticəyə malikdi. Rekord göstərici isə 5-ə bərabərdi.

Ev oyunlarında xala həsrət “Kəpəz” isə mənfi mənada fərqlənib. Qərblilər öz meydanındakı ardıcıl məğlubiyyət sayında dünyada 8-ci yerə şərikdi. Gəncə təmsilçisi artıq 6 görüşdü azarkeşlərini məyus edir. Antirekord isə 12-yə bərabərdi.

31 oyundu evdə 1-dən artıq qol buraxmayan “Qarabağ”ın seriyası isə 2015/16 mövsümündən indiyədək davam edir. Qurban Qurbanovun yetirmələri evdə 2-dən az top buraxmaqda dünya ikincisidi. Yalnız 46 matçdı qonaqlara 1-dən artıq sevinc yaşatmayan “Olimpiakos” öndə qərarlaşıb.

“Zirə”nin səfər matçlarında 3-dən artıq qol vurulmur. Bu ənənə artıq 23 oyundu sürür. 7-ci yerə şərik olan paytaxt təmsilçisi rekorddan 12 matç geri qalır.

Apasport.az


Facebook-da paylaş