Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Xəzər İsayev “Fair Play" dostluq nişanı ilə təltif edilib

Xəzər İsayev “Fair Play" dostluq nişanı ilə təltif edilib

MOK-un vitse-prezidenti Xəzər İsayev Türkiyədə “Fair Play" dostluq nişanı ilə təltif edilib. BrendSport.az saytı "Gömrükcü" İdman Klubuna istinadən xəbər verir ki, noyabrın 17-də Belçikanın paytaxtı Brüsseldə “Dünya Ədalətli Oyunlar Mükafatları-2016”-nın, noyabrın 20-də isə Türkiyənin İstanbul şəhərində “Türkiyə Ədalətli Oyunlar Mükafatları-2016”-nın təqdimetmə mərasimi keçirilib.

Hər iki tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev təmsil edib.

MOK-un vitse-prezidenti Xəzər İsayev Türkiyə Ədalətli Oyunlar Komissiyasının İcraiyyə Komitəsi tərəfindən Türkiyə və Azərbaycan arasında ədalətli oyunlar sahəsində əməkdaşlığın inkişafı və gücləndirilməsindəki xidmətlərinə görə “Fair Play" dostluq nişanı ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 1997-ci ildə yaradılıb. 2000-ci ildən etibarən bu təşkilata Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev rəhbərlik edir. AzƏOK Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının fəal üzvlərindəndir.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi





Facebook-da paylaş

Xəbəri paylaş