Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi” klubu "Olimpiakos" ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

"Neftçi” klubu "Olimpiakos" ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib


Bakının "Neftçi” futbol klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
BrendSport.az xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb.
Baş məşqçi Samir Abasovun sərəncamında 3 qapıçı, 6 müdafiəçi, 13 yarımmüdafiəçi və 2 hücumçu var. Paytaxt klubunun yeni transferləri – Huqo Basto ilə Romen Bask da “Olimpiakos”la oyunlara sifariş olunub.
Heyətdə qapıçılar - Aqil Məmmədov, Kamran İbrahimov, Əlirza Müştəbəzadə, müdafiəçilər - Mamadu Mbodj, Huqo Basto, Voyislav Stankoviç, Romen Bask, Mert Çelik, Ömər Buludov, yarımmüdafiəçilər - Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Suares, Fəhmin Muradbəyli, İsmayıl Zülfüqarlı, Yusuf Laval, Fərid Yusifli, Sabir Buqrin, Mamadu Kane, Vüsal Əsgərov, Asim Əlizadə, Emin Zamanov, Xəyal Nəcəfov, hücumçular - Namiq Ələsgərov və Mirabdulla Abbasov yer alıblar.
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 21-də Yunanıstanda keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Cavab görüşü isə iyulun 28-də Bakıda baş tutacaq. "Bakcell Arena"da keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.


Facebook-da paylaş

Xəbəri paylaş