Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəhriyar rəsmi qurumlardan şikayət etdi



“Bu mənim üçün qazandığım ən güclü turnir idi. Yarışda “Top-10”luqdan 7 şahmatçı iştirak edirdi”.

BrendSport.az xəbər verir ki, bu sözləri azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov “2021 Superbet Chess Classic” turnirinin qalibi olması ilə bağlı özünün "Feysbuk" səhifəsində yazıb. O bildirib ki, indiyədək heç bir həmyerlimiz belə yarışı qazanmayıb: “Bu zamana qədər Azərbaycan şahmat tarixində bu kimi dairəvi turnirin qalibi olmayıb. Məni turnir ərəfəsində və sonra dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.

Məmmədyarov rəsmi qurumlardan təbrik almadığını da qeyd edib: “Ümid edirəm ki, təbrik almamağıma baxmayaraq, mənim bu qələbəmə bizim (şahmat, idman) aidiyyatı qurumlar da sevinir”.

Qeyd edək ki, Şəhriyar 9 turdan 6 xal toplamaqla 1-ci yerə çıxıb.


Facebook-da paylaş

Xəbəri paylaş