Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Samtrediya”nın futbolçusu Nicat Qurbanov iki həftə yaşıl meydanlardan kənarda qalacaq



Futbol üzrə Gürcüstan çempionatının səkkizinci turunda “Dinamo” (Batumi) ilə oyunun 10-cu dəqiqəsində zədələnən “Samtrediya”nın azərbaycanlı futbolçusu Nicat Qurbanovun vəziyyəti məlum olub.

BrendSport.az xəbər verir ki, ağır zədəyə görə meydanı erkən tərk etməli olan yarımmüdafiəçi tibbi müayinədən keçib.

Futbolçunun əzələ problemi olduğu və azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.


Facebook-da paylaş