Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: Millimiz darmadağınla 3-cü pəlləyə yüksəldi



Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib. VIII tur çərçivəsində 3 qarşılaşma baş tutacaq.

Azərbaycan millisi San Marino yığması ilə qarşılaşıb. Görüş doğma meydanda baş tutub.

Ardıcıl dörd məğlubiyyət alan Robert Prosineçkinin yetirmələri uğursuzluq zolağından darmadağınla çıxıblar. Millimiz səfərdə minimalhesabla məğlub etdiyi rəqibi Bakıda 5 topa "qonaq edib".

Komandamız cırtdan ölkə təmsilçisi üzərində qələbə qazanaraq tarixinin rekorduna imza atıb. Belə ki, millimiz indiyədək heç vaxt bir seçmə mərhələdə 10 xal toplamayıb. Bununla, keçirdiyi ilk üç oyunda 7 xal qazanan, ardınca dörd dəfə məğlubiyyətə üzülən yığmamız 4 il əvvəl imza atdığı rekordu kölgədə qoyacaq. DÇ-2014-ün seçmə mərhələsində 9 xal əldə olunmuşdu.

Qazanılan 3 xalla həm də qələbə rekordu müəyyənləşib. İndiyədək yığmamız heç vaxt tsikldə 3 dəfə qalib gəlməmişdi.

DÇ-2018 seçmə mərhələsi
C qrupu
VIII tur
4 sentyabr

Azərbaycan – San Marino - 5:1
Qollar: Əfran İsmayılov, 20, 57, Araz Abdullayev, 25, Cevoli, 71 (öz qapısına), Rəşad Sadıqov, 81 - Palazzi, 74



Facebook-da paylaş

Xəbəri paylaş