Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan çempionatlarının mükafatçıları: “Qarabağ” “qızıl”da, “Neftçi” medal sayında birincidir






Azərbaycan çempionatları tarixinin bütün mükafatçıları müəyyənləşib.
BrendSport.az xəbər verir ki , medal sayında rekordçu “Neftçi”dir.

“Ağ-qaralar” başa çatmaqda olan 2022/2023 mövsümünü üçüncü sırada tamamlamağı təmin edib. Paytaxt təmsilçisi bununla 7-ci dəfə çempionatın bürüncünə yiyələnəcək. Bakılılar 5 dəfə də vitse-çempion olublar. Maraqlıdır ki, “Neftçi” həm ikincilik, həm də üçüncülük sayında hamını üstələyir. Aktivində 9 çempionluq olan komanda cari mövsümə qədər bu baxımdan da rekorda ortaq idi.

Bu mövsüm tarixində 10-cu dəfə qızıl medalları təmin edən “Qarabağ” isə çempionluq sayında rekordu yeniləyib. Ağdamlılar 4 dəfə gümüş, 3 dəfə də bürünc mükafatçı olublar.

Mövsümün ikincisi “Sabah” isə tarixində ilk dəfə medal alacaq.

Azərbaycan çempionatlarında “Neftçi” 21, “Qarabağ” 17 dəfə mükafatçılar sırasında yer alıb. İlk “üçlüy”ü “Şamaxı” qapayır. Bu komanda “İnter” adlandığı vaxt 8, “Keşlə” adı altında isə 1 dəfə mövsümü ilk “üçlük”də tamamlayıb.


Facebook-da paylaş

Xəbəri paylaş