Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Daha 4 cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur



Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq.

BrendSport.az report-a istinadən xəbər verir ki, kişilər və qadın cüdoçuların hər biri mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Kişi cüdoçulardan 73 kq çəki dərəcəsində Avropa çempionları Hidayət Heydərov ilə Rüstəm Orucov yarışacaq. Qadınlardan isə Səkinə Zayirova və İçinxorlo Munxtsedev qüvvəsini sınayacaq.

73 kq

1/32 final. Hidayət Heydərov - Ahmed əl-Meziati (Mərakeş)
1/32 final. Rüstəm Orucov - Akil Qyakova (Kosova) / Xavyer Ramires (İspaniya) cütünün qalibi

57 kq

1/32 final. Səkinə Zayirova - Viktoriya Mayorosova (Slovakiya)
1/32 final. İçinxorlo Munxtsedev - Xayone Ekuisoayn (İspaniya)

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq.

Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş medal qazanıb.


Facebook-da paylaş