Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şirvan şəhərinin yetirməsi



Universal döyüş idman növləri üzrə dəfələrlə dünya və Avropa yarışlarının qalibi və mükafatçısı, Şirvan şəhərinin yetirməsi Mehman Hüseynov 13-16 noyabr 2017-ci il tarixdə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "UNİFİGHT" döyüş növü üzrə dünya çempionatında II yerə layiq görülmüşdür.

BrendSport.az saytının Şirvan şəhər Gənclər və İdman İdarəsinə istinadən verdiyi məlumata görə, Mehman finala vəsiqə uğrunda keçirdiyi döyüşdə erməni idmançısına böyük üstünlüklə qalib gələrək Azərbaycan idmançılarının möhtəşəm ənənəsini davam etdirmişdir.

Mehman Hüseynov digər qələbələrində olduğu kimi bu dəfə də Şirvan şəhər Gənclər və İdman idarəsinin rəisi Azər Quliyev tərəfindən qəbul olundu.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş