Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bayraq gününə həsr olunmuş voleybol turniri



Bu gün Şamaxı şəhər 6 saylı tam orta məktəbdə Şamaxı Rayon Təhsil Şöbəsinin və Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin birgə təşkilatçılığı ilə “9 noyabr Bayraq gününə” həsr olunmuş rayon ümumtəhsil məktəb şagirdləri arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Şamaxı rayon Təhsil Şöbəsindən BrendSport.az saytına verilən məlumata görə, yarışda I yerə 3 saylı tam orta məktəbin, II yerə 6 saylı tam orta məktəbin, III yerə isə 10 saylı tam orta məktəbin komandaları layiq görülmüşdür.

Qaliblər Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru tərəfindən Fəxri fərmanla təltif olunmuşlar.

Sonda idman yarışlarının keçirilməsində yaxından köməklik göstərdiyinə görə Şamaxı RTŞ-nin metodisti Vaqif Qasımov Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

Alxas Məmmədov





Facebook-da paylaş

Xəbəri paylaş