Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Yaponiyaya səfər edəcək

Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Yaponiyaya səfər edəcək


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax may ayında Yaponiyaya səfər etməyi planlaşdırır.

BrendSport.az
xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Bildirilib ki, Tomas Bax səfəri zamanı Yaponiyanın Baş naziri Yoşihide Suqa ilə görüşmək və Xirosimada keçiriləcək Olimpiya məşəli estafetinin mərhələlərindən birində iştirak etmək niyyətindədir.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun bu il iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.


Facebook-da paylaş

Xəbəri paylaş