Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



II Avropa Oyunlarının gerisayımının tarixi müəyyənləşib



Belarusun paytaxtı Minskdə 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının gerisayımının başlayacağı tarix müəyyənləşib.

Minskin meri Andrey Şorets bildirib ki, gerisayıma 21 iyun 2018-ci ildə yenilənmiş “Dinamo” stadionunda start veriləcək. Mer deyib ki, arenadakı yenidənqurma işləri polad konstruksiyalı dam örtüklərinin quraşdırlması səbəbindən ləngiyir. Yenidənqurmadan sonra “Dinamo” stadionunun tutumu 20 min nəfərlik olacaq. Burada oyunların Açılış və Bağlanış mərasimləri keçiriləcək, müxtəlif yarışlar təşkil olunacaq.

Qeyd edək ki, Mins və Avropa Olimpiya Komitəsinin (EOK) İcraiyyə Komitəsi sentyabrın 1-də II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müqavilə bağlayıblar. 21 - 30 iyunda təşkil olunacaq Oyunların proqramına 15 idman növü daxil edilib. Bunlar badminton, basketbol, boks, güləş (sərbəst, yunan-Roma və qadın güləşi), veloidman (cığır və yol), gimnastika, kayak və kanoe, cüdo, karate, atletika, sambo, kamandan oxatma, atıcılıq, stolüstü tennis və çimərlik futboludur. Oyunlarda 23 idman istiqaməti üzrə 189 dəst medal uğrunda mübarizə gedəcək. (Goal.az)


Facebook-da paylaş