Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın oyunları Olimpiya stadionunda olacaq



Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməklə bir ilkə imza atan "Qarabağ" bu uğurlu çıxışdan sonra oyuna gəlmək istəyən azarkeşlərin çoxluğunu nəzərə alaraq, ev oyunlarını daha çox azarkeş tutumuna malik olan Bakı Olimpiya Stadionunda (68500 yerlik) keçirməklə bağlı UEFA-ya müraciət edib.
Bu gün UEFA tərəfindən "Qarabağ"ın sorğusuna cavab gəlib. Qitənin ali futbol qurumu təmsilçimizin bu müraciətini təsdiqləyib.
"Qarabağ" sentyabrın 27-də Çempionlar Liqasının II turu çərçivəsində "Roma"nı Bakı Olimpiya Stadionunda qəbul edəcək. Matç Bakı vaxtı ilə 20:00-da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş