Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Qarabağ Azərbaycanın torpağı, "Qarabağ" Azərbaycanın zəfər komandasıdır

Qarabağ Azərbaycanın torpağı, "Qarabağ" Azərbaycanın zəfər komandasıdır

Həmsöhbətimiz Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynovdur.

- Şahmar müəllim rayonda idmanın vəziyyəti neçədir?

- Hörmətli prezidentimizin idman siyasəti yerlərdə mükəməll içra olunur. Biz də calışırıq ki, bu tapşırıqları vaxtında və kefiyyətli yerinə yetirək. Bu sualınıza idman göstəricisi ilə cavab vermək istəyərdim. Belə ki, Şamaxı idmançıları müxtəlif beynəlxalq, respublika və rayon səviyyəli yarışlarda uğurlar əldə edirlər. Bizdə güləş ,taekvondo, ağır atletika, poverliftinq, cüdo və futbol kimi idman növləri daha populyardır. Bu il ərzində də qeyd etdiyim idman növləri üzrə çoxlu medallar əldə etmişik.

- Şahmar müəllim, "Qarabağ"ın bu il Avropa səhnəsindəki göstərdiyi oyunu necə qiymətləndirirsiniz?

- Əslində bu sevinci sözlə ifadə etmək mümkün deyil. Bir qürur hissi keçirdirdim. Bu möhtəşəm oyun, mən deyərdim ki, Azərbaycanın futbolu üçün əsrin bir oyunuydu. İndi bilirik ki, Qurban Qurbanovun gücü nəyə catır. Onu da nəzərə alın ki, Qurban Qurabanov qısa bir müddətdə bu cür komandana təşkil etdi. Qarabağ Azərbaycanın torpağı, "Qarabağ" Azərbaycanın zəfər komandasıdır.

- Şahmar müəllim, rayonda yarış və turnirlər təşkil etmək asandırmı?

- Çox çətin və məsuliyyətli işdir. Yarışı təşkil etmək çox vaxt tələb edir. Eyni vaxtda müxtəlif komandaları qəbul etmək, onların bəzi məsələlərini həll etmək inandırım sizi ki, çox çətindir. Ancaq belə turnirləri təşkil edəndə bizə dəstək göstərənlər olur.

- Yarışların və tədbirlərin keçirilməsində sizə olunan dəstəkdən danışdınız. Əsasən kimlər və ya hansı təşkilatlar tərəfindən dəstək görürsünüz?

- Əsasən Şamaxı rayon İcra Hakimiyyəti, Şamaxı rayon Təhsil Şöbəsi, Şamaxı Olimpiya Mərkəzini qeyd etmək olar. Ancaq digər idarə və müəssisələr də bu barədə təşəkkür düşür. Ümumiyyətlə, bu barədə demək olar ki, bizim problemlərimiz olmur.

- Şahmar müəllim,rayonunuzda qadın idmanının inkişafı nə yerdədi?

- Necə deyərlər, o da qaydasındadır. Fəxrlə deyə bilərik ki, orta məktəblərdə qızlardan ibarət voleyboll, basketbol komandaları var. Əlavə etmək istəyərəm ki, taekvondo idman növü üzrə xanım idmançılarımız çoxdur.

- Şahmar müəllim, mətbuatla münasibətlər necədir?

- Bizim qapımız hər an onların üzünə açıqdır. Hər bir tədbirin uğurlu olması onun mətbuatda işıqlandırılmasından asılıdır. Sizə də öz minnətdarlığımızı bildiririk ki, bizim bütün tədbir və yarışlarlmızı yayımlayırsınız.

- Maraqlı fikirləriniz üçün çox sağ olun.

Alxas Məmmədov


Facebook-da paylaş