Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Yeddi yaşlı gimnast Mina Abbasova Macarıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb




Macarıstanın Pecs şəhərində bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku turniri keçirilib.

Yarışda iştirak edən 7 yaşlı həmyerlimiz Mina Abbasova fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq turnirin qızıl medalına layiq görülüb. Turnirdə ev sahibi Macarıstan ilə yanaşı, Xorvatiya, İsrail, Avstriya, Rusiya, Bosniya və Herseqovina, Polşa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Almaniya, Moldova, Slovakiya, Sloveniya, Belçika və s. olmaqla ümumilikdə 15-dən çox ölkənin təmsilçiləri iştirak ediblər.

Mina Abbasova artıq iki ildir Budapeştdə fəaliyyət göstərən “Rus RG Sport” klubunda gimnastika ilə məşğul olur. Klubun rəhbəri Lyubov Bernat və məşqçi İnqa Mackuz Minanın gələcəkdə istedadlı gimnast olacağına əmindirlər.

Beş yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışı ilə yaşıdlarından fərqlənən Mina Abbasova Almaniya, Serbiya və Sloveniyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə qalxıb. Həmin yarışlarda Mina ailəsinin hazırda yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ən böyük arzusu turnirlərdə Azərbaycanın bayrağımızı dalğalandırmaqdır.

M.Abbasova dekabrın 9-da Budapeştdə keçiriləcək XIII Beynəlxalq “Mikulaş” yarışında, dekabrın 16-da isə Lüksemburqda VI dəfə təşkil olunacaq “Lüksemburq Kuboku-2017” Beynəlxalq turnirində iştirak edəcək.

Azərtac.az


Facebook-da paylaş