Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bədii gimnastika komandamız Belçikada 5 medal qazanıb





Ötən həftənin sonu Belçikanın Gent şəhərində bədii gimnastika üzrə “Happy Cup” turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yığma komandamız 4 qızıl və 1 bir gümüş medal qazanıb.

Bütün medalları komandanın üzvü Zöhrə Ağamirova əldə edib.

O, ilk qızılını məhz ən çətin proqramda – çoxnövçülükdə əldə edib. Daha sonra o, halqa, gürzlər və lentlə də final mərhələlərində növbəti 3 qızıl medala yiyələnib. Z.Ağamirova 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.

Turnirdə “yunior” proqramda ölkəmizi təmsil edən gimnastımız Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.

Trend.az


Facebook-da paylaş

Xəbəri paylaş