Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qızlarımızın son sınağı



Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Azərbaycan yığmasının mübarizə apardığı IV qrupda son turun matçları baş tutacaq.

Qarşılaşmaları Albaniyada keçirilən qrupun 3-cü oyun günündə hər iki matç eyni vaxtda başlayacaq. Millimiz meydan sahibləri ilə görüşəcək.

Ukraynanı 2:0 hesabı ilə yenən və ardınca İspaniyadan 6 cavabsız qol buraxan Vüqar Əsgərlinin yetirmələri elit-raunda yüksəlmək üçün 1 xal qazanmalıdı. Düzdü, autsayderə məğlubiyyət, hətta 3 top fərqilə olsa belə komandamıza kifayət edə bilər. Lakin bunun üçün İspaniya Ukraynaya qalib gəlməlidi.

Amma 3-cü deyil, 2-ci yerlə mərhələ adlamaq üçün yığmamız uduzmamalı, hətta qələbə üçün mübarizə aparmalıdı. Komandamızın ikincilik istəyinə çatması üçün isə Tiranadakı qarşılaşmanın nəticəsi də vacib xarakter daşıyır.

Qeyd edək ki, hər qrupda ilk iki yeri tutan komandalar, həmçinin üçüncülər arasında daha yaxşı göstəriciyə malik 4 yığma elit-raunda yüksələcək.

19 yaşadək qızlar arasında Avropa çempionatı
Seçmə mərhələ, IV qrup
III tur, 31 oktyabr
17:00. Albaniya - Azərbaycan
Baş hakim: Tanya Raçiç (Bosniya və Herseqovina)
Durres. Niko Dovana stadionu




Apasport


Facebook-da paylaş

Xəbəri paylaş