Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“10 xal böyük fərqdir, amma “Barselona” hər oyun udmayacaq” – Zidan




Dünən La Liqanın 12-ci turunda keçirilən “Atletiko” – “Real” oyunundan sonra (0:0) hər iki komanda çempionluq yarışında lider “Barselona”dan 10 xal geri düşüblər.

Hazırda “Barselona” 34 xalla 1-ci yerdədir, “Atletiko” və “Real” isə 24 xalla 3-4-cü yerləri bölüşdürürlər. 2-ci yerdə qərarlaşan “Valensiya”nın 27 xalı var. Hələlik onlar 12-ci turda oyun keçirməyiblər.

“Real”ın baş məşqçisi Zinəddin Zidan dünənki mətbuat konfransında bildirib ki 10 xal əlbəttə, böyük fərqdir: “Amma “Barselona” hər matçda qalib gəlməyəcək. Biz buna hazır olmalıyıq. Qarşıda hələ çox oyun var. Hesab etmirəm ki, çempionluq uğrunda mübariz başa çatıb. Bu, futboldur, hər şey çox tez dəyişir. Mən “Real”a təzə baş məşqçi təyin ediləndə də “Barselona”dan 10 xal geri qalırdıq. Yarışın sonunda isə xal fərqi 1-ə endi”.

Qol.az


Facebook-da paylaş

Xəbəri paylaş