Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Mən Rəşad Sadıqovu görmüşəm"



Cəbrayılov Musa Elvin oğlu 2010-cu ildə anadan olub. Şamaxı rayonu 2 saylı orta məktəbin 1-ci sinfində oxuyur. Dediyinə görə, onun Vaqif, Zəfər, Qalib, Osman kimi dostları var.

Sinif rəhbəri Şamaxının tanınmış və hörmətli pedaqoqu Sonya Əliyevadır. Musanın babaları Faiq və Ağabala nənələri Dürdanə və Gülşən xanım da onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurlar.

Musa bu il idmana getməyə hazırlaşır. Fikri ciddidir.

Balaca qəhrəmanımızın öz dünyası var:

- Musa, idmanla məşğul olmaqa nə məcbur edir səni?

- Atam vaxtı ilə məşğul olub idmanla. Mən də istəyirəm. Bir də istəyirəm həmişə bacımı qoruyum.

- Musa, müəlliminlə münasibətin necədi?

- Yaxşı. Sonya müəllimə bizə çox dərs öyrədir.

- Musa, böyüyüb kim olmaq istəyirsən?

- Bilmirəm. Babam mənə nə məsləhət görsə.

- Hansı idmanı sevirsən?

- Qarabağı...

- Hə, fitbolu deyirsən?

- Hə, hə futbolu. Biz də tənəfüsdə oynayırıq. Mən Rəşad Sadıqovu görmüşəm.

- Harda, Musa?

- Televizorda.

Alxas Məmmədov




Facebook-da paylaş

Xəbəri paylaş