Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Gənc çimərlik güləşçimiz Fərid Cabbarov dünya çempionu olub

Gənc çimərlik güləşçimiz Fərid Cabbarov dünya çempionu olub



Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə gənclərin dünya çempionatı keçirilib.
BrendSport.az xəbər verir ki, mundialda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib. Onların hər ikisi medalçılar sırasında yer alıb.
Təmsilçimiz Rübail İbrahimli (70 kq) startda yerli güləşçini çətinliklə üstələyib. Daha sonra Ukrayna güləşçisinə məğlub olan həmyerlimiz Moldova idmançısına qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda daha bir Moldova təmsilçisi üzərində qələbə qazanan R.İbrahimli adını finala yazdırıb. Ancaq R.İbrahimli həlledici görüşdə ukraynalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Təsnifat mərhələsindən mübarizəyə başlayan Fərid Cabbarov (80 kq) əvvəlcə rumıniyalı rəqibindən güclü olub. Rumıniyadan olan daha bir güləşçini vaxtından əvvəl məyus edən F.Cabbarov Ukraynanın iki pəhləvanını da xal vermədən məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda da Rumıniya idmançısına qalib gələn təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə Ukrayna güləşçisinə heç bir şans tanımayan F.Cabbarov dünya çempionu olub.
Qeyd edək ki, bir gün əvvəl yeniyetmələrin analoji yarışında Hüseyn Əliyev (70 kq) qızıl, Musa Ağayev (60 kq) isə gümüş medal qazanmışdı. Mundialda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.


Facebook-da paylaş