Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA "Qarabağ" futbolçusunun cəzasını elan edəcək




UEFA Çempionlar Liqasının IV turunda İspaniyada "Atletiko" ilə görüş zamanı qırmızı vərəqə alan "Qarabağ"ın futbolçusu Pedro Enrike ilə bağlı qərarını noyabrın 10-da açıqlayacaq.

Oktyabrın 31-də Madriddə keçirilmiş görüşün 59-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Dieqo Qodinin sifətinə ayaqla zərbə endirdiyi üçün birbaşa qırmzı vərəqə alan braziliyalı yarımmüdafiəçinin cəzası ən azı bir oyun olacaq. Lakin UEFA Enrike ilə bağlı yekun qərarı İntizam Komitəsinin verəcəyini açıqlayıb.

Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu Stefan Saviç də qırmızı vərəqə görüb. Lakin o, 88-ci dəqiqədə ikinci "sarı" ilə komandasını azlıqda qoyub.

Milli.Az


Facebook-da paylaş

Xəbəri paylaş