Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“İstəyirəm ki, bizim ordumuzda öz tankımız, öz helikopterimiz olsun”



Hüseynov İmran Əliağa oğlu 2005-ci ildə Şamaxı rayonunda anadan olub. Şamaxı 10 sayılı orta məktəbin 6c sinfində oxuyur. Məktəb direktoru Həbibə Eldarova, sinif rəhbəri isə Ramidə müəllimədir.

BrendSport.az saytı xəbər verir ki, İmran artıq bir ildir ki, taekvondo ilə məşğul olur. Qırmızı kəmər sahibidir. Balaca İmran qısa müddətdə bir neçə yarışın qalibi adını qazanıb.

İmranın hobbisi hərbi texnikaların maketlərini düzəltməkdir. Atası Əlağa bəy və babası İntizam bu hobbini ciddi qəbul edib ona dəstək olurlar.

Atası Əlağanın dediklərindən:
- Oğlumun bu marağı bizim üçün çox maraqlı oldu. Bu sahə bizə bu gün çox lazımdır. Bəlkə qismət oldu mənim oğlumun düzəltdiyi tankla Xankəndinə girdik.

- İmran, deyilənə görə, bu maketləri sən düzəldirsən.

- Bəli, mən düzəldirəm. İstəyirəm ki, bizim ordumuzda öz tankımız, öz helikopterimiz olsun. Qırıçı təyyarənin adını da qoymuşam - "İ-2001". Bu da adım və təvəllüdümdür.

- Bu məşğuliyyətlərin bir-birinə mane olmur ki?

- Xeyir. Boş vaxtım olanda hobbimlə məşqul oluram. Mənim üçün əsas İntizam babamın dediyi kimi oxumaqdır. Babalarımı da, nənələrimi də çox istəyirəm.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş