Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rikardu Quarejma: Bakı gözəlliyi ilə məni valeh edir



Bakıya bu dəfə ailəmlə birgə gəzməyə gəlmişəm. Şəhərinizdə əvvəllər də olmuşam və Bakı gözəlliyi ilə məni valeh edir. Bir neçə gün burada qalıb, ailəmlə şəhəri gəzəcəyəm.

BrendSport.az xəbər verir ki, bu sözləri futbol üzrə Portuqaliya millisinin və İstanbulun “Beşiktaş” klubunun yarımmüdafiəçisi R.Quarejma jurnalistlərə müsahibəsində deyib.

UEFA Avropa Liqasının Bakıda keçirilən final matçını izlədiyini bildirən futbolçu qarşılaşmanın çox maraqlı keçdiyini qeyd edib.

Jurnalistlərin suallarını cavablandıran E.Quarejma bildirib: “Türkiyədə yalnız “Beşiktaş”da oynayacağam. Bu komandanı çox sevirəm və karyeramı orada davam etdirəcəyəm”.

Gələcəkdə karyerasını Azərbaycanda davam etdirə bilmə ehtimalı ilə bağlı suala cavabında futbolçu bu barədə indidən bir söz deməyin mümkün olmadığını deyib.


Facebook-da paylaş

Xəbəri paylaş