Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Dünya çempionumuz yenidən zirvədə



Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-prinin yekununa əsasən müəyyənləşən siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

Belə ki, yarışı 5-ci yerdə bitirən Elxan Məmmədov müəyyən fasilədən sonra yenidən zirvəyə yüksəlib. O, 100 kq çəki dərəcəsində bütün rəqiblərindən öndədi. Dünya çempionumuzla eyni çəkidə mübarizə aparan Elmar Qasımov 1 pillə geriləyərək, 4-cü yerə enib.

Komandamızda ən çox irəliləyən isə Mehman Sadıqov olub. 60 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Qran-pridə 5-ci olmaqla, reytinq xalını 566-ya çatdırıb. Bu, ona mövqeyini 24 pillə yaxşılaşdırmağa imlan verib.

Zaqrebdən çempion kimi dönən Rüstəm Orucov (73 kq) yenə 2-cidi. Onunla eyni çəkidə tatamiyə çıxan Hidayət Heydərovun da mövqeyi dəyişməz qalıb - 5. Komandamızın heyətində Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) da yerini qoruyub. Onlar yenə müvafiq olaraq, 12-ci və 8-cidi. Tural Səfquliyev (90 kq) isə irəliləyənlər arasındadır. O, 2 rəqibini arxada qoymaqla, 14-cü pilləyə qalxıb.

Digər aparıcı cüdoçularımıza gəlincə, Xanım Hüseynova (63 kq) 2, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüfət İsmayılov (81 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) hərəyə 1 pillə geriləyiblər. Onlar müvafiq olaraq, 54-cü, 3-cü, 12-ci, 21-ci, 36-cı və 43-cü yerdədilər.

apasport.az


Facebook-da paylaş