Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Formula 1 Azərbaycan Qran-Prisinin yanğınsöndürmə marşalları üçün ilkin təlim keçirilib



Bakıda təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisinin yanğınsöndürmə marşalları üçün martın 2-də ilkin təlim keçirilib.

BrendSport.az xəbər verir ki, təlim nəzəri və praktik hissələrdən ibarət olub.

Təlimdə Formula 1 yarışları və 2019-cu il üçün bolidlərin yenilikləri və texniki parametrləri haqqında ətraflı məlumat verilib. Həmçinin marşallar yanğınsöndürmə istiqamətində bacarıqlarını nümayiş etdiriblər.

Bakı Marşal Klubunun (BMK) əlaqələndiricisi Rüfət Vəlizadə ilkin təlimdə yeni marşalların iştirak etdiyini bildirib. Qeyd edib ki, bundan sonra yanğınsöndürmə marşallarının Azərbaycan Qran-Prisinədək daha iki təlimi təşkil olunacaq. Növbəti təlim martın sonunda, sonuncusu isə aprelin əvvəlində keçiriləcək. Təlim zamanı marşallara yanğınsöndürmə ilə mübarizə, hansı təhlükəsizlik qaydalarına riayət olunması və avadanlıqlardan istifadənin yolları barədə ətraflı məlumat verilir.

“Formula 1 Azərbaycan Qran-Prisinə 1200-dək marşal cəlb olunub. Bunlardan 180-ni yanğınsöndürən marşallardır ki, onların 100-ü könüllü, 80-ni isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır. Yanğınsöndürmə marşalları əsasən yerli Formula 1 azarkeşlərindən təşkil olunub. Yerli marşallarımız yetərincə peşəkardırlar”, - deyə R.Vəlizadə əlavə edib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakıda təşkil olunacaq.


Facebook-da paylaş