Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək


VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



Konfrans Liqasında finalçılar müəyyənləşib






UEFA Konfrans Liqasında digər finalçı da müəyyənləşib.

BrendSport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İsveçrədə "Bazel"ə 3:1 hesabı ilə qalib gələn İtaliya "Fiorentina"sı həlledici qarşılaşmada İngiltərə "Vest Hem"inə rəqib olub.


UEFA Konfrans Liqasında ilk finalçının adına aydınlıq gəlib.

BrendSport.az xəbər verir ki , yarımfinal mərhələsinin cavab oyununda Niderlandda "AZ Alkmaar"la 1:0 hesabı ilə qalib gələn İngiltərə "Vest Hem"i həlledici matçda iştirak hüququ qazanıb. İlk görüşdə London təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı.

İsveçrədə "Bazel" və İtaliya "Fiorentina"sı arasında keçirilən yarımfinalın digər oyununda isə əsas vaxt qonaqların üstünlüyü ilə yekunlaşıb - 2:1. İlk qarşılaşmada isveçrəlilər 1 top fərqi ilə qalib gəldiklərindən ümumi hesab bərabərləşib. Bu səbəbdən matçda əlavə vaxt oynanılacaq.



Qeyd edək ki, turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş