Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



ABŞ-ın “Sports Illustrated” jurnalında Formula 1 Azərbaycan Qran-Prisi barədə məqalə dərc olunub

ABŞ-ın “Sports Illustrated” jurnalında Formula 1 Azərbaycan Qran-Prisi barədə məqalə dərc olunub

ABŞ-ın “Sports Illustrated” jurnalında Formula 1 Azərbaycan Qran-Prisi barədə məqalə dərc olunub.

BrendSport.az
jurnalın saytına istinadla xəbər verir ki, məqalədə yarışın Bakı şəhər halqasında təşkil olunduğu, trasın konfiqurasiyası və özəllikləri barədə məlumat verilib. Qeyd olunub ki, aprelin 28-30-da təşkil olunacaq yarışın 51 döngədən ibarət ümumi məsafəsi 306,049 kilometrdir. Bakı şəhər yarışı kimi Formula 1 təqviminə Las-Veqas mərhələsindən əvvəl daxil edilib, Monako, Melburn və Sinqapurda təşkil olunan yarışların sırasına qoşulub. Trek tez bir zamanda böyük azarkeş kütləsinə sahib olub.

Yazıda qeyd olunur ki, Bakı şəhər halqası paytaxtın qədim və mənzərəli divarları arasından dolanan açıq, dar və sərt döngələrin nadir qarışığını təşkil edir. Bakının sahil boyunca uzanan hissəsi ən qaynar olmaqla yanaşı, trekin böyük hissəsi köhnə şəhərin dolama küçələrində yerləşir.

Məqalədə Bakı şəhər halqasının keçdiyi küçələr, prospektlər və tarixi məkanlar barədə məlumat verilib, yarışın ilk dəfə 2016-cı ildə Avropa Qran-Prisi adı altında keçirildiyi vurğulanıb, həmçinin Azərbaycan Qran-Prisində birinci olmuş pilotlar diqqətə çatdırılıb.


Facebook-da paylaş

Xəbəri paylaş