Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa klubu futbol akademiyasını bağlayır



Uzun fasilədən sonra yüksək liqaya vəsiqə qazanan İngiltərə Premyer Liqa təmsilçisi “Haddersfild” futbol akademiyasını bağlamağı planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin “Daily Mail” nəşri yayıb. Klub rəhbərliyinin bu qərara gəlməsinə səbəb, son illərdə akademiyada məhsuldarlığın aşağı olmasıdı. Belə ki, “Haddersfild”in idarə heyətinin üzvü Din Hoyl son illərdə akademiyanın yetirməsi olan futbolçuların əsas komandaya düşə bilməməsi problemini rəhbərliklə müzakirə edib. Klub rəhbərliyi akademiyaya xərclənən vəsaitin başqa istiqamətə yönəldilməsinin daha məqsədəuyğun olduğu fikrindədi. Futbol akademiyası saxlansa belə, bura ayrılan vəsait azaldılacaq.

Akademiyadan əsas komandaya sonuncu dəfə 2014-cü ildə futbolçu cəlb olunub. Lakin Filip Billinq özü də klubun akademiyasına 2013-cü ildə, Danimarkanın “Esbyerq” komandasının futbol məktəbindən cəlb olunub.

Xatırladaq ki, “Haddersfild” Premyer Liqanın ilk üç turundan sonra 3-cü pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş