Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbolçuların arvadlarından baş məşqçiyə etiraz



Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real"a 1:3 hesabı ilə uduzan PSJ-nin baş məşqçisi Unay Emeri futbolçuların həyat yoldaşlarının hədəfinə çevirilib.

Baş məşqçinin ehtiyatda saxladığı Angel Di Mariya və Tyaqo Silvanın xanımları sosial mediada etiraz ediblər.

Angel Di Mariyanın həyat yoldaşı Jorgelina Kardoso "Instagram" hesabından bu sözləri yazıb: "Mücadilə + ağır çalışma + qollar + ötürmələr + ən formada olan zamanın: Ehtiyat oyunçular skamyası... Amma biz futboldan nə anlayırıq ki? Nəticədə biz qadınıq".



Ehtiyatda qalan digər futbolçu Tyaqo Silvanın həyat yoldaşı İzabel da Silva ərinin əvəzinə Presnel Kimpembeni oynadan baş məşqçiy "Taktika? Bu necə taktikadı?" sözləri ilə etiraz edib.



Facebook-da paylaş

Xəbəri paylaş