Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

BrendSport.az Gənclərin və İdmançıların informasiya portalının Sponsoru "İYDƏ" Parfüm

VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



Azərbaycan ilə Malayziya arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub




Yanvarın 18-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə görüşüb.

BrendSport.az
Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, qonağı salamlayan F.Qayıbov ölkəmizdə son illər idman sahəsində görülən işlər, dövlət idman siyasətinin icrası və qazanılan nəticələr barədə məlumat verib.
Səmimi görüşə görə minnətdarlıq bildirən N.Zəkəriyyə idman sahəsində əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini qeyd edib. Görüş zamanı idman sahəsində qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşqlər və digər məsələlər müzakirə olunub.
Görüşdə nazir müavini Mariana Vasileva, idman şöbəsinin müdiri Elnur Məmmədov, Malayziya Gimnastika Federasiyasının baş katibi Afrita Nasril və Malayziyanın Azərbaycandakı səfirliyinin müşaviri Mardiana Binti Mohamed Rohani iştirak ediblər.


Facebook-da paylaş